Arxiv
20 Aprel 2019, 20:58 | AKTUAL
Lotu Qulinin adamı sahibkarı güllələdi

"Qanuni oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun "həmkarı” Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir.

Modern.az xəbər verir ki, bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub. Bu barədə Oxu.az-a Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

Qeyd edək ki, aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb.

Məlum olub ki, qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi açılıb.

 

Rusiya KİV-i yazırdı ki, münaqişə "Food city” bazarından alınan xarab kartof üstündə olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib. Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış mübahisə atışma və qanla bitib.

 

Həmyerlilərimizin bildirdiyinə görə, Şəfi Məhəmmədov "Food city”də işləyirdi və Rövşən Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z. Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə həmyerliləri nəzarət edir.

 

Ş. Məhəmmədova atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu istiqamətdə zəruri tədbirlər görülür.

 

Əldə olunan məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyanın yeni baş naziri bəlli oldu 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27