Modern.az

Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı

Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı

Aktual

20 Aprel 2019, 22:39

Hər kəsi bu şəhərdə görüşməyə, barışmağa dəvət edirəm.

Modern.az  xəbər verir ki, bu sözləri İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib.

Əkrəm İmamoğlu  İstanbul əhalisini bazar günü Maltəpədə keçiriləcək mitinqə dəvət edib:

“Kimə səs verdiyinin önəmi yoxdur. Hər kəsi dəvət edirəm. Bu şəhərdə görüşməyə, barışmağa dəvət edirəm. Biz millət olaraq sülhü və rahatlığı hiss etdiyimiz an tamam başqa bir mərhələyə “mərhaba” demiş olacağıq. Qarşımızdakı 5 il sadəcə bələdiyyə sədri və komandasının deyil, hər kəsin 5 ilidir. “İstanbula yeni bir başlanğıc görüşü”nə qatılmağınız mənim üçün böyük xoşbəxtlik və şərəfdir”.

Qeyd edək ki, Əkrəm İmamoğlu sabah saat 14:00-da İstanbulun Maltəpə ərazisində 16 milyon sakinlə “İstanbula yeni bir başlanğıc görüşü” adlı mitinq keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!