Arxiv
20 Aprel 2019, 22:55 | ƏDƏBİYYAT
Moskva xatirələri - VI HİSSƏ

Əvvəli burada

- Düz deyirsən, elə indi gedərik, səhər yeməyini yemədən mən hazır, - dedim. Lena gülüb dedi:

- Zarafat edirəm, sən əsgərlikdən gələndən sonra valideynlərimizin də xeyir-duasını alıb onların iştirakı ilə birlikdə evlənərik, - dedi.

 Səhər yeməyindən sonra Tartuya gəlib tarixi yerlərə baxdıq. Şəhəri gəzməyə başladıq.

 Vaxt çox tez gəlib keçdi. Biz Leninqrada gəldik. Mən Lenanın valideynlərindən qaçırdım. Üzbəüz gəlmək istəmirdim. Onların üzünə baxa bilməzdim. Lena da bunu başa düşürdü.

Beş gündən sonra Tovuza gəldim. On günə qayıtmaq istəyirdim.

Amma rayonda atam da, anam da məni danladılar. Atam dedi:

- Moskvada sən nə tapmısan ki, evini, obanı unutmusan? Sən gələn ayın beşində əsgər gedəcəksən. Ayın üçündə səni yola salacağam.


 Sonra da dayım zəng vurdu ki, Moskvaya buraxmayın, iyirmi beş gündən sonra əsgərlik vaxtıdı, onda getsin.

 Beləcə, iyirmi beş gün rayonda qaldım. Sonra Moskvaya getdim.

Atam məni yola salanda dedi:

- Moskvaya çatanda Saxrəddinə zəng vur, səni Bakıya saldıracaq.


 Moskvaya düşəndə Saxrəddinə zəng etdim. O, axşamüstü saat yed­di­də “Meçta” restoranında olmağımı tapşırdı. Vaxtdan bir az da tez gəl­dim. Bir azdan akademik Saxrəddin Abasoviç mən qeydiy­yat­da ol­duğum rayonun hərbi komissaları ilə gəldilər. Oturub çörək ye­dik. Komissar dedi:

- İstəyirsən Azərbaycanda əsgər olasan? Moskva qeydiyyatıyla ora düşmək  çox asandı. Onda sabah on tamamda yanımda olarsan.


 Səhəri gün tezdən komissarın yanına gəldim. O, mənim şəxsi işimə baxıb dedi:

- Qrupun 20a-dır. Əla qrupdur. Sən yeddidə stadionda olarsan.
Yeddi əsgər gedəcəksiniz.

 Təəccüblə soruşdum:

- Bəs məni ayın beşinə çağırıs ediblər, axı?

 Komissar dedi:

- Ayın on doqquzuna kimi çağırış vaxtıdır, hansına düşdən qəbul edə­cəklər, amma ayın yeddisində sən Bakıya düşəcəksən.

Ayın dördü idi. Üç günüm var idi. Lena ilə vaxtımı keçirmək istə­dim. Onunla görüşdüm. Vəziyyəti dedim. Üç günümüzün qaldığını, am­ma heç ondan ayrılmaq istəmədiyimi söylədim.

 Üç gün keçdi. Lakin mən getmədim. Fikirləşdim ki, on doq­qu­zun­da gedərəm. Lenadan ayrılmaq istəmirdim. Hara salsalar fərq et­mir­di. Bircə Lenadan ayrılmaq istəmirdim.
Dayım Moskvaya gəldi.
Mənə dedi:

- Sən hələ əsgərliyə getməmisən?

- Ayın on doqquzunda son çağırışda gedəcəm, - dedim.

- Onda biz səni yola salacağıq, - dayım dedi.

 Mən yenə də vaxtımın çoxunu Lena ilə keçirdim. Ayin on səkkizi gecə Lena ilə görüşdüm. O, sabah tezdən Kassirski şossedən stadion dayanacağına yaxın yerləşən stadionun içərisindən məni əsgərliyə yola salacaqdı.

Səhəri gün mən tezdən stadiona geldim. Əsgərliyə gedəndə məni dayım, professor Samir Tağızadə, bir də dayımın yoldaşı professor Leyla Tağızadə yola saldı. Moskvada Domedovski şossedə yola yaxın stadion var idi. Çağırışçıları o stadionda yığıb, oradan hərbi hissəyə aparırdılar. Yola salmağa Lena da gəlmişdi. Da­yımın yanında Lenayla görüşmədim. Dayımdan utandığına görə, Le­na da kənardan mənə baxırdı. Mən isə dayım ilə sağollaşaraq onu tez yola salmaq istəyirdim. Çünki Lena ilə görüşmək istəyirdim.

Fikrimi dayım başa düşməmişdi. Çünki o, Lenanı tanımırdı. Ona görə də getmirdi.

- İstəyirsiz gedin, əziyyət çəkməyin, - dedim.

- Səni maşına min­­dirməyənədək getməyəcəm,- dayım dedi.

 Dayımla söhbət etsəm də, gö­züm Lenada idi. Bir azdan bizi hərbi maşına mindirb əsgər apardılar. Lenanın üzünə baxa-baxa onunla görüşə bilmədim. Dayımdan utan­dığıma görə...

 Lenanın ev ünvanını bilmirdim. Evlərini tanısam da, bi­nanın nöm­rə­si­­ni, mənzili bilmirdim. Necə məktub yazacaqdım? Am­ma ev te­le­fo­nu­nu əzbər bilirdim. Düşündüm ki, zəng vuraraq, Le­nanı başa sa­la­cam. Ona izah edəcəm ki, mən dayımın yanında sənə yaxınlaşa bil­mə­­dim. Dayımdan utandım. Mən səni çox istəyirəm. O, məni başa dü­­şər.

Axşam bizi bir hərbi hissəyə gətirdilər. Səhəri günü dəmiryolu vağ­­­zalına apardıalr. Qatara minərək Qorkiyə gəldik. Qorki şəhə­rin­də vağ­zaldan qaçaraq divar telefonu ilə Lenaya zəng vurdum. Le­­na­nın dərsdə olduğunu dedilər. Onda Moskvadakı dayım­la danış­dım. Sonra Bakıya da zəng etdim. Tovuzla da danış­dım. Son­ra Le­nagilə bir də zəng vurub Lenanın anası Anastasiyaya dedim:

- Le­naya deyərsən ki, məni bağışlasın. Mən özüm ona hər şeyi başa sa­­­lacam. Lena ilə dayımın yanında görüşmədiyim üçün mə­ni bağış­la­sın.

Lena bu xəbəri eşidəndə elə başa düşür ki, ondan ayrılmaq üçün demişəm. Həm də görüşmədiyim üçün Lena ondan ayrıldığı­mı başa düşür.

Biz Qorkidə bir gün qalandan sonra hərbi təyyarə limanına gətir­di­lər. Dedilər ki, siz Almaniyaya gedirsiz, hərbi qulluğu Almaniyada ba­şa vuracaqsınız. Mən həm əsəbiləşdim, həm də kədərləndim ki, Le­na­ya zəng vurub görüşə bilməyəcəym. Təyyarəyə minərək Almani­ya­ya gəldik.

Bizi sıraya düzdülər. Ali məktəb bitirənlərdən və institutda oxuyan­lar­­dan otuz nəfərini ayırdılar. Sonra onların içərisindən on beş nəfər seç­di­lər. Seçilənlərin içərisində mən də vardım. Generala məruzə et­di­lər. O, seçilənlərə bir-bir baxdı və suallar ünvanlayırdı. Mənə ça­­tan­da soruşdu:

- Hansı institutda oxuyursan?

Mən də rusca de­dim:

- Moskovskiy Avtodorojnıy İnstitut.

General:

- Bir addım irəli!

Mən irəli çıxdım. Köməkçisi mənim ad-familiyamı yazdı. Qəribəy­di, o, mənim yanımdakılara bir neçə sual vermişdi, amma mənə bir­cə sual verdi. Adları yazılanları sıradan ayırdılar. Rabitə sahəsi ən məx­­fi hərbi sahə sayılırdı. 

Beləcə, rabitəçi ol­dum. Amma əvvəlcə altı ay oxuma­lıy­dım. Dərsə başladığımız ilk gün çavuşdan soruş­dum:

- Burada azərbaycanlı varmı? 

Çavuş:

- Neynirsən azərbaycanlıları? 

- Yerlilərimi soruşuram, burda nə var ki? 

Cavuş heyrətlə:

- Sən azərbaycanlısan? Bəs bura necə düşmüsən? - deyib məni rota komandirinin müavininin yanına gətirdi. O, da məni gətirdi rota komandirinin yanına ki, bu əsgər azərbaycanlıdır. Rota komandiri tez mənim hərbi biletimə baxıb soruşdu:

- Qasımov, sən necə düşmüsən bura, səni kim yazıb?

- Bilmirəm, seçildik, məni də seçilən yoldaşlarımla bura gətir­dilər. 

Komandir gizirə tərəf dönüb dedi:

- Götür əsgəri də, çöldə gözləyin. 

Komandirin qapısı açıq idi. O deyəsən generalla danışırdı. Birdən komandir çıxdı, gizirə  səsləndi:

- Bu əsgəri generalın qəbuluna apar, özü də qaça-qaça gedin.

Gizir üstümə çımxırdı:

- Tez ol, gəl!

 Dayanıb əyin-başımı qaydaya salıb soruşdum:

- Nə olub axı? 

Gizir:

- Gəl, danışma. Aləmi qatmısan bir-birinə. Neçə ildir burada işləyi­rəm, hələ generalın qəbulunda olmamışam. Sən gələn kimi çağırdı. İn­­di səni yerlilərinin yanına, piyada hissəsinə göndərəcək.

Bu baş verənlərdən heç nə başa düşmürdim. Amma bu qaçhaqaç mə­­ni bir balaca qorxuya salmışdı. Gözləmə otağında çox qalma­dım. Çağırdılar kı, “əsgər Qasımov gəlsin”.

Otağa girəndə za­bit­lə­ri­mi­­zi ayaqüstündə gördüm. Bizim komandir də daxil olmaqla bir ne­­çəsini tanıyırdım. Girən kimi istədim məruzə edəm, general sö­zü­­mü kəsərək:

- Axırıncı dəfə deyirəm, bu əsgəri kim yazıb bura? Kim satıb Vətəni? Cavab verin!

Heç kimdən səs çıxmadı… 

General bu dəfə mənim üstümə səsini qaldırdı:

- Əsgər Qasımov, kim yazıb səni bu məxfi rotaya? Sən bura neçə düşmüsən?! 

Mən duruxa-duruxa səsləndim:

-Yoldaş general, Siz. 

General: 

- Başa düşmədim!

- Siz yazdınız, yoldaş general - deyə  təkrar elədim. 

O, köməkçisinə:

 - Mən? Bəlkə sən?

Köməkçisi kəkələyə-kəkələyə:

- Sualınıza cavab verdi, siz də dediniz bir addım qabağa! Mən də bura götürdüm.

Köməkçinin qırmızı dəftəri vardı, mənim adımı da dəftərdə qeyd elə­diyi yeri əlində hazır tutmuşdu. 

General:

- Hansı? O arxa sırada olan?

Köməkçi: 

- Bəli, yoldaş general. 

General: 

- Demək mən yazmışam?! Olsun. Burada oxuyacaq. Əla rabitəçi ola­caq. O ki ilk qafqazlı olaraq bura düşə bilib, mən də onu bura­dan SSRİ-nin ən məxfi yerinə göndərəcəm. 

O, ikinci rotanın komandirinə xüsusi tapşırıq verdi:

- Qasımov ən yaxşı radioteleqrafçı olacaq! Dağılışın!

Rota komandiri məni bir otağa gətirdi, orada yığılan çavuşlarla ta­nış eləyib lazımi tapşırıqlarını verdi. Onlara generalın əmrini çat­dır­dı. Sonra çavuşlar mənə deilər ki, biz işlədiyimiz müddətdə bu məxfi rotada azərbaycanlı olmayıb. Bu əsgər əla rabitəçi olma­lıdır, “azbuka mozq” öyrədirdilər. 

Bir ay keçmişdi. Yazıqlar məni öyrətmək üçün dəridən-qabıqdan çı­­xırdılar. Mənsə bir şey öyrənə bilmirdim. Hələ də ancaq “azbuka mozq” öyrədirdilər. Çavuşlar məni bütün növbədən azad eləmiş­di­lər. Rota komandiri bir gün məni onlardan soruşdu:

- Qasımov, necədir, öyrənə bilirmi?

Çavuşlar:

- Biz ona hələ rus dilini öyrədirik - dedilər. 



ardı var...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15