Arxiv
21 Aprel 2019, 09:11 | AKTUAL
Tanrı pıçıltısını sözə çevirə bilən xanım

Əsl poeziya ruha sığal çəkən ilahi nəsnədir. Öz qüdrəti ilə insanı düşündürə, pərişan edə, şənləndirə və hətta mübarizəyə səsləyə də bilir. Bəli, gözəl şeir Tanrının pıçıltısıdır. Bu pıçıltını duymaq, onu hiss etmək zövqün necə olmasından çox asılıdır. Və bu pıçıltını yalnız Tanrının seçdiyi insanlar sözə çevirə bilir. Biz onlara şair deyirik. Kimin söylədiyini unutmuşam,- ”Şairlər peyğəmbərlərdən sonra Allahın yer üzündəki elçiləridir”…

Sevindirici haldır ki, yaratdıqları poeziya nümunələri ilə oxucuların rəğbətini qazanan xanım şairlərimiz az deyil. Bu gün mən sizə onlardan biri- Aysel Xanlarqızı Səfərli haqqında söhbət açmaq istəyirəm.

Aysel xanım zəngin təbiəti olan Lənkəran şəhərində dünyaya gəlib. 1999-cu ildə orta təhsilini 2 saylı məktəbdə bitirib. Eyni zamanda yeddi il Lənkəran 1 saylı musiqi məktəbində fortepianodan dərs alıb. 1999-2003-cü illərdə Lənkəran Dövlət Universitetində ali təhsilə yiyələnib. Oranı həm filoloq, həm də tibb bacısı kimi başa vurub. Bir müddət orta məktəbdə müəllimlik edib. 2008-ci ildə ailəsi ilə İspaniyanın Kantabria vilayətinin Santander şəhərinə gedərək 2012-ci ilədək orada məktəblərdən birində işləyib. 2014-2017-ci illərdə isə ”Yeni yaşam” psixoloji mərkəzə rəhbərlik edib. 2017-ci ildən ”Medical House” tibb mərkəzində çalışır. Həm də ”Müstəqil.az” saytının redaktorudur…

…Ömür-gün yoldaşı Səfa Rəşid ixtisasca tarixçidir. Bədii yaradıcılıqla da məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri ilə çıxış edir. İki övladı vardır. Qızı Aytel xanım 15, oğlu Yunis isə 12 yaşındadırlar…

Deyir ki,- ”Ən böyük dərdim Qarabağla bağlıdır. O bölgədə heç zaman olmasam da? Şuşanın, Ağdamın, eləcə də işğal altında olan digər rayonlarımızın əhalisinin yaşadığı ağrı-acını özümə doğma bilirəm”…

İndiyədək üç şeirlər kitabı işıq üzü görüb. Onların ikisi- ”Bir dünya var”, ”Yoxluğunun cazibə qüvvəsi” Azərbaycanda, ”Hardasan dostum?” isə İran İslam Respublikasının Təbriz şəhərində fars əlifbası ilə dərc olunub. Azərbaycan Yazıçılar Birliyi və İraq Türkmən Yazarlar Birliyinin üzvüdür…

…Asudə vaxtlarında pianoda musiqi ifa etməkdən zövq alır. Dünya yazarlarının bədii əsərlərini mütaliə etməyi xoşlayır. Ara-sıra idmanın qaçış növü ilə də məşğul olur. Bir sözlə, bu xanım gözəl poeziya nümunələri yarada bilən əsl şairdir. Şairlərin yaradıcılığına ən böyük dəyəri isə əlahəzrət Zaman verir. Zaman üzünüzə gülsun, Aysel Xanlarqızı Səfərli xanım!..

Elman Eldaroğlu, ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44 Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub 21 May 2019, 16:27 Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN 21 May 2019, 16:25 Yazıçımız Rusiyada təltif olunacaq 21 May 2019, 16:11 “Cinlərə qonaqlıq vermək” adı ilə vətəndaşları aldadan ana və oğulun məhkəməsində olanlar... 21 May 2019, 15:51 Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var 21 May 2019, 15:48 Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM 21 May 2019, 15:40