Modern.az

Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB

Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB

21 Aprel 2019, 11:28

Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda ölənlərin sayı 160 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, terror aktları zamanı 500-dən çox adam yaralanıb. 

***

Saat 10:00

 

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

 

Modern.az-ın xarici KİV-lərə istinadən  məlumatı görə, partlayışlar nəticəsində azı 42 nəfər həlak olub. Ölənlərin sayının artacağı ehtimal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir