Modern.az

Ukraynada prezident seçkilərinin II turu keçirilir

Ukraynada prezident seçkilərinin II turu keçirilir

21 Aprel 2019, 10:26

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirlir.

Modern.az  xəbər verir ki, səsəvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.  Seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun və rəsmi nəticələri mayın 1-nə qədər açıqlamalıdır.

Prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparıb.Seçki kampaniyası dövründə aparılan rəy sorğularında Vladimir Zelenski daha şanslı sayılır. 

 

Xatırladaq ki,  prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib.  Seçicilər Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...