Modern.az

Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK

Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK

Aktual

21 Aprel 2019, 12:01

Nazirlər Kabineti ”Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

 

Modern.az-ın  məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissə ləğv edilib;

2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilir:

”13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir