Modern.az

Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT

Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT

21 Aprel 2019, 15:54

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in ”Twitter” səhifəsində bildirilir.

Məlumatda deyilir: ”Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”.

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?