Modern.az

Ukraynanın yeni  prezidenti  Zelenskidir

Ukraynanın yeni  prezidenti  Zelenskidir

21 Aprel 2019, 21:01

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

Modern.az  “Azərtac”a istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan açıqlamasına görə, seçicilərin 45 faizdən yuxarı səsvermədə iştirak edib.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, gün ərzində seçki qanunvericiliyinin pozulması ilə bağlı 1000-dən artıq şikayət daxil olub. MSK qanun pozuntularının səsvermənin nəticələrinə təsir etmədiyini açıqlayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında Vladimir Zelenski daha şanslı sayılır. Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin aprelin 18-də açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs verəcəklərini açıqlayıb.

“Exit-poll”un nəticəsinə görə Zelenski 72,7 faiz, Poroşenko isə 27,3 faiz səs toplayıb.

 

Xatırladaq ki, seçicilər prezident seçkilərinin birinci turunda Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!