Modern.az

Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində

Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində

22 Aprel 2019, 10:41

İsveçin paytaxtı Stokholm şəhərində Atatürkün Türk dünyası uşaqlarına ərməğan etdiyi ”uşaq bayramı” qeyd edilib. Festivalda müxtəlif Türkdilli ölkələr iştirak edib. Stokholmdakı Uşaq Türk kültür festivalında Azərbaycanın möhtəşəm bayrağı da dalğalanıb. Modern.az xəbər verir ki, festivalda Azərbaycan “Tumurcuq” Dram Teatrının üzvləri təmsil olunublar. Azərbaycan heyətinə hər zaman “Tumurcuq” teatrına dəstək olan Türk Dram teatrının bədii rəhbəri Burcu Ada Soysopa da iştirak edib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “İsveçin Stokholm şəhərində ”Kral baxçası” parkında təşkil olunan festivalda Stokholmda fəaliyyət göstərən “Tumurcuq” Dram Teatrının çadırı da yer alıb. Çadırda Azərbaycanın milli dəyərlərimiz sayılan Azərbaycan xalçaları (Qarabağ, Quba, Şirvan), milli geyimlərimiz, şirniyatlarımız və musiqi alətlərinin nümayiş olunub. Çadıra müxtəlif millətlərdən insanlar yaxınlaşıb xatirə şəkili çəkdiriblər. Milli geyimdə olan “Tumurcuq” Dram Teatrının uşaq bölümünün aktyorları daha çox diqqət çəkiblər. Xarici qonaqlar onlarla şəkil çəkdiriblər. Üzərində Azərbaycan bayrağı dalğalanan çadıra, şəkil çəkdirməklə yanaşı, xaricilər Azərbaycan mədəniyəti və incəsənəti haqqında maraqlanıblar, xarici qonaqlara Xocalı soyqırımı broşürlər, “İrs” jurnalı, Azərbaycan çayı (Azərçay) təqdim olunub. “Tumurcuq” Dram Teatrı Avropada yaranan ilk teatrdır. Uşaqlar Təbrizin “Traktor Sazi” Futbol Komandasına dəstək üçün klubun şərfini də taxıblar. Teatrın rəhbərliyi onlara göstərdiyi dəstəyə görə Stokholmdakı Azərbaycan diaspor təşkilatının sədri Səttar Sevginə təşəkkürünü bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir