Modern.az

Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü  

Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü  

22 Aprel 2019, 11:42

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, millət vəkili görüşdə seçiciləri qarşısında çıxış edərək ölkəmizin daxili və xarici siyasəti haqqında cənab prezident İlham Əliyevin son vaxtlar həyata keçirtdiyi islahatlar, xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzalandığı Fərman və sərəncamlar barəsində geniş məlumat verib.

Bundan sonra millət vəkili seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləmiş, rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq  strukturları ilə əlaqə saxlayaraq həll edib. Digər müraciətlərə isə baxılacağına söz verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir