Modern.az

Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ

Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ

22 Aprel 2019, 13:07

162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşəcək

 

Bu barədə Modern.az-a məlumat verən A.Bağırov qeyd edib ki, mətbuatda gedən məqalələri oxuduqdan sonra dərhal Sevil Heseynova ilə əlaqə saxlayıb:

“Xanımı Vəkillər Kollegiyasına dəvət etdim. Hazırda bir neçə savadlı, peşəkar və təşəbbüskar vəkilimiz: Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev və digərləri bu iş üzrə pulsuz hüquqi yardım göstərməyə hər an hazırdılar”.

Kollegiya sədri qeyd edib ki, vəkillər bu cür işlərdə öz vəkil andlarına sadiq qalaraq, vəkilliyin nüfuzunu yüksək tutaraq hüquqi yardım göstəriblər və göstərəcəklər də.

 

Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

 

Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür