Arxiv
22 Aprel 2019, 13:15 | PARLAMENT
Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR

Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasının 1 ili tamam olur.

Ötən bir il ərzində komitədə hansı işlər görülüb?

Modern.az saytı Diaspor Komitənin son bir ildəki fəaliyyəti ilə bağlı bir neçə deputatın fikrini öyrənib.

Fəzail Ağamalı ölkə prezidentinin 2018-ci ilin aprel seçkilərindən sonra yeni hökumətin təşkilini və yüksək vəzifələrə yeni simaların təyinatını o zaman da yüksək qiymətləndirdiyini bildirib:

“Bu gün də o fikirdəyəm. Komandaya yeni nəslin gətirilməsi hakimiyyətə yeni nəfəs verdi. Fuad Muradova gəldikdə isə deyə bilərəm ki, uzun müddət həmkarım olub. Fuad Muradovla yaxın qonşuluqda fəaliyyət göstərirdik. Demək olar ki, masalarımız yanaşı idi. Onunla ən müxtəlif məsələlər haqqında yeri gəldikcə sakit formada  müzakirə də aparırdıq. Hər zaman bir-birimizi tamamlayan insanlar olmuşuq. Bu gün də Fuad Muradova dostluq  münasibəti bəsləyirəm. O, ciddi vəzifəyə  təyin olunub. İnanırdım ki, onun intellekti, bacarığı, vətənə, xalqımıza sonsuz məhəbbəti, ölkə başçısına  sədaqəti ona bu vəzifədə ciddi uğurlar gətirəcək. Doğrudan da fəaliyyətə başladığı gündən diasporun işini yenidən qurmağa başladı. Əlbəttə, bu proses hələ başa çatmayıb. Hər kəs bilir ki, diasporla bağlı ciddi problemlər mövcuddur. Bu problemləri bir günə, bir aya ya da bir ilə  aradan qaldırmaq fiziki cəhətdən mümkün deyil. Avropada Xocalı soyqırımı ilə bağlı möhtəşəm bir etiraz mitinqinin keçirilməsi Fuad Muradovun  ən mühüm göstəricilərindən biri kimi diqqəti cəlb etdi. Eyni zamanda, digər ölkələrdə də diaspor işinin yenidən qurulması intensiv şəkildə gedir. Əminəm ki, qısa zaman kəsiyində diaspor sahəsində olan problemlər aradan qaldırılacaq. Çox arzu edirəm ki, Fuad Muradov özünün komandası ilə bu prosesi daha da sürətləndirsin. Çünki zaman bizi gözləmir. Dünyada erməni kimi məkrli düşmənimiz var. Onların güclü diasproru var. Ona görə də zamanı gözləməli deyilik. Onlar illərdir ki, bu təşkilatlanma işi ilə məşğuldurlar. Təəssüf  edirəm ki, ötən müddət ərzində nöqsanlara yol verildi. Ancaq Fuad Muradov başladığı işi uğurla davam etdirir. Ona bu işdə uğurlar arzulayıram”.

Məlahət İbrahimqızının sözlərinə görə, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmayana qədər də aktiv deputat idi:

“Avronest Parlament nümayəndə heyətinin sədri idi. Bu istiqamətdə çox maraqlı işlər görmüşdü. Hətta parlamentə qədər də onun Azərbaycanın gənc liderlərindən biri kimi təcrübəsi vardı. Uşaq və gənclərlə bağlı çox böyük işlər görmüşdü. Diaspor Komitəsinə təyin olunandan sonra isə həmin templə, sürətlə gözəl işlər görür. Dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində, diaspor fəaliyyətinin təkmilləşdirilməsi sahəsində, Azərbaycançılıq ideyalarının yayılması istiqamətində böyük işlər görülür. Dünya azərbaycanlılarının vasitəsilə vacib məsələlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox gözəl addımlar atılır”

Əflatun Amaşov deyib ki, Fuad Muradov deputat seçildiyi dairədə aktiv fəaliyyəti ilə seçilib:

“Onun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması da uğurlu addımdır. Bunu yüksək qiymətləndirirəm. Az müddətdə xarici ölkələrdəki diaspor təşkilatları ilə görüşüb. Bu sahədə xaricdəki azərbaycanlılar arasında barış toxumu səpib. Onların arasında münasibətləri daha da möhkəmləndirib. Bu xidmətləri görməmək mümkün deyil.  Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupun sədriyəm.  Deyə bilərəm ki, Gürcüstanda olarkən oradakı diaspor qurumlarının fəaliyyətindəki canlanmanı müşahidə edə bilmişəm. Ona görə də bu seçimi düzgün qiymətləndirirəm. Bundan sonrakı işlərində uğurlar arzulayıram”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57