Modern.az

Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi  

Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi  

Dünya

22 Aprel 2019, 13:48

Şri-Lankadakı terror aktında Danimarkanın ən zəngin iş adamı Anders Holk Poulsen 4 övladından 3-ü həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iş adamı özü məlumat verib. “Bestseller” şəbəkəsinin sahibi olan Poulsen  Asos şirkətinin səhmlərinin də çox hissəsinə nəzarət edir.

Danimarkali iş adamının şəxsi sərvəti 5 milyard funt sterlinqə bərabərdir. Onun Alme, Astrid, Aqnes və Alfred adlı 4 övladı olub. Ölən uşaqların adı hələlik açıqlanmayıb.

 

Şri-Lankadakı terror aktı zamanı ölənlərin sayı 300-ə, yaralı sayı 500-ə çatır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür