Modern.az

Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb”

Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb”

22 Aprel 2019, 13:54

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə ötən gün başa çatıb. Bütün dünyanın diqqət mərkəzində olan seçki prosesini Azərbaycan təmsilçiləri də yaxından izləyib.

Belə ki, Ukraynada prezident seçkilərinin ikinci mərhələsində səsvermənin gedişini izləmək üçün Milli Məclisin deputatları Rüfət Quliyev və Naqif Həmzəyev sözügedən ölkədə olublar. 

 

Ukraynada keçirilən seçkilər barədə Modern.az-a danışan deputat  Rüfət Quliyev bildirib ki, seçki Vladimir Zelenskinin  qələbəsi ilə yekunlaşıb:

 

“Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb. Əhalinin seçkiyə marağı yüksək idi. Müşahidə zamanı biz heç bir problemlə qarşılaşmadıq”.

 

R.Quliyevin sözlərinə görə, o, 15 seçki məntəqəsində iştirak edib:

“Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər”.

 

Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, protokolların 97,04 faizinin sayılmasından sonra Vladimir Zelenski səslərin 73,15, hazırkı Prezident Petro Poroşenko isə 24,52 faizini qazanıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi