Modern.az

Gənclər Lenini necə tanıyır?

Gənclər Lenini necə tanıyır?

22 Aprel 2019, 14:33

Bu gün, dünya proletariatının dahi rəhbəri, SSRİ-nin qurucusu Vladimir Leninin doğum günüdür. İstər siyasət, istərsə də publisistika sahəsində tanınan bu şəxsi gənclər hansı yöndə tanıyır?  Leninə olan münasibət necədir? Bu barədə Modern.az olaraq tələbələr arasında sorğu keçirdik.

 

Sumqayıt Dövlət Universiteti fizika və elektroenergetika fakültəsinin tələbəsi Pərvanə Mustafayeva: “Bəli, eşitdiklərim, oxuduqlarım qədəri ilə tanıyıram. Nə qədəri  düzdür, ya yanlışdır onu dəqiq bilmirəm. Lenin tarixin ən böyük qanlı diktatoru olub. Lenin təhsili pulsuz edib. Kişilərin və qadınların hüquqlarının bərabər olduğunu iddia edirdi. Səhv etmirəmsə, o, 53 yaşında vəfat edib .

Xalq Leninin ölüm xəbərini eşidən kimi onun cəsədini görmək üçün sıraya düzülmüşdü, cəsəd isə hələ də qorunub saxlanır”.

 

Mədəniyyət və İncəsənət Universitetinin  tələbəsi Quliyeva Həmidə: “Uzaqgörən siyasətçi olub. Fikrimcə, hər zaman türk millətinə qarşı idi”.

 

Dövlət İdarəçilik Akademiyasının (DİA)  Politologiya ixtisasının magistrantı Rövşən Teymurzadə: “Tanıyıram. Dövrünün lideri, SSRİ-nin qurucusu olub. Lenin marksist lider kimi tarixdə qalıb. Onun siyasi fəaliyyəti, ideologiyası haqqında dərs proqramımızda da bölmə olub və mən özüm də araşdırma aparmışam. Fikrimcə, Lenin kəndli və fəhlələrin istədiklərini ifadə etməyi bacarıb, eləcə də bundan mənfəət qazanmağı bacaran ilk praktik olub”.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Rəhmanova Günel: “Şəxsiyyətə pərəstiş anlayışı ağlıma gəlir ilk olaraq. İnsanlara bərabərlik vermək pərdəsi altında  öz siyasətini həyata keçirib”.

 

Azərbaycan Dillər Universitetinin azərbaycan dili- ədəbiyyat müəllimliyi ixtisasının  tələbəsi Nəbizadə Rəna: “Lenini SSRİ qurucusu kimi tanıyıram. Azərbaycanlılara qarşı hər zaman yaxşı olub. İndi də ona qarşı hörmət böyükdür”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər