Modern.az

Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu

Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu

22 Aprel 2019, 14:39

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb.

Kitaba Bakıda anadan olmuş, 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçmüş müəllifin eyniadlı romanı daxil edilib.

Əsər sovet Azərbaycanında yaşayan bir pianoçunun həyat və yaradıcılıq yolunda qarşılaşdığı məhrumiyyətlərdən bəhs edir.

Kitabı orijinaldan dilimizə Cavidan Ağayev tərcümə edib, redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi