Modern.az

Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək  

Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək  

22 Aprel 2019, 15:09

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri bu gün 1 saylı Klinik Xəstəxanada olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə,  xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstərəcək.

 

Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?