Arxiv
22 Aprel 2019, 14:40 | AKTUAL
Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR

21 aprel 1994-cü ildə Lələtəpə uğrunda gedən döyüşdə şəhid olmuş döyüşçülərin məzarları ziyarət olundu.

Modern.az Karabakhmedia.az-a istinadən xəbər verir ki, ”Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə II Fəxri Xiyabanda anım tədbiri keçirilib. Anım günündə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları iştirak ediblər. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.25 il öncə, 21 aprel 1994-cü ildə Lələtəpə uğrunda gedən qanlı döyüşdə Laçın polisi taborunun döyüşçüləri Nazim Abdullayev (ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib), Vüqar Abdullayev, Həmid Xəlilov, Həbib Xəlilov, Məzahir İsmayılov, Yusif Bayramov, Elman Yusifov gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar, Babək Aslanov, Rəfael Mirzəyev, Nərman Süleymanov, MikayılZeynalov, Abbas Abbasov isə ağır yaralanmışdılar. Anım mərasimində Birləşmiş polis qüvvələrinin komandiri, polkovnik Akif Səlimov 1994-cü ilin 21 aprel döyüşü haqqında danışaraq, Laçın polis taboru tərəfindən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması haqqında geniş məlumat verib. Qarabağ müharibəsində taborun keçdiyi şərəfli döyüş yolundan, ”Horadiz əməliyyatı”nda və Lələtəpənin düşməndən azad olunmasında gedən qanlı döyüşdə qəhrəmanlıq göstərən döyüşçülərin şücaətindən danışıb. “Qarabağ Əliləliri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Aslanov, Laçın polis taborunun komandiri Çingiz Abbasov, Laçın alayının qərargah rəisi Rafiq Nağıyev 21 aprel döyüşələrində şəhid olmuş yoldaşlarının həyat və döyüş yolundan danışıblar.Qeyd olunub ki, 25 il öncə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsinin və Horadiz şəhərinin erməni işğalından azad edilməsi Azərbaycanın müasir savaş tarixində böyük əhəmiyyətə malikdir. Lələtəpə yüksəkliyinin ermənilərdən təmizlənməsində igidlik göstərən Laçın polisinin döyüşçüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. Həmin döyüşdə şəhid olan yeddi nəfərin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək olmalıdır. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağ uğrunda müqəddəs savaşa hər an hazır olduqlarını bildiriblər. Vurğulanıb ki, dövlətimiz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.Xarırladaq ki, ”Horadiz əməliyyatı”nda igidlik göstərən Laçın polis taborunun döyüşçüləri 1994-cü ilin yanvar-fevral aylarında Füzulinin Bala Bəhmənli, Böyük Bəhmənli, Alayatı, Cocuq Mərcanlı kəndlərini azad etmişdi. 21 aprel 1994 cü ildə ağır döyüşdən sonra işğaldan azad edilən Lələtəpə yüksəkliyi sonra Milli ordu hissələrinə təhvil verilmişdi.Qarabağ müharibəsində 300 nəfər şəxsi heyyətdən ibarət Laçın polis taborunun 47 nəfəri şəhid olub, 3 nə­fər ”Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı” fəx­ri adı­na la­yiq gö­rü­lüb, 4 nə­fər ”Azər­bay­can Bay­ra­ğı” or­de­ni ilə təl­tif olu­nub, on­lar­dan iki­si ha­zır­da xid­mə­ti­ni da­vam et­di­rirlər.Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37 Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq 24 May 2019, 12:36 60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı 24 May 2019, 12:32 Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” 24 May 2019, 12:26 Bakıda daha 6 sosial bina tikiləcək - Güzəştli mənzil almaq istəyənlərə XƏBƏR VAR 24 May 2019, 12:23 Qohum evliliklərindən doğulan uşaqlarda korluq da yaranır - RƏSMİ 24 May 2019, 12:22 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:17 Teatr direktoru Paşinyanı məhkəməyə verdi 24 May 2019, 12:09 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:08 Tağı Əhmədov: “YAP ümumxalq patiyası kimi…” 24 May 2019, 12:05 Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqladı - MÜSAHİBƏ 24 May 2019, 11:50 XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı 24 May 2019, 11:46 Doğum gününüz mübarək, Ramiz Novruz! 24 May 2019, 11:45 DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!” 24 May 2019, 11:40 “Bakı futbolçuları da, qonaqları da qarşılamağa tam hazırdır” – Vitse-spiker 24 May 2019, 11:40 Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq 24 May 2019, 11:33 “Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov 24 May 2019, 11:29 Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA 24 May 2019, 11:18 Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu 24 May 2019, 11:16 Deputat Fəzail İbrahimli rayonlarda görüşlər keçirdi 24 May 2019, 11:16 Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik” 24 May 2019, 11:14 Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA 24 May 2019, 10:59 Deputat kəndlərdə sakinlərlə görüşdü 24 May 2019, 10:47 Azərbaycanda spirtli içki istehsalı kəskin ARTIB 24 May 2019, 10:43 Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib - Foto 24 May 2019, 10:37 ABŞ-da manyak edam olundu 24 May 2019, 10:36 DİM Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək 24 May 2019, 10:36 YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşdülər 24 May 2019, 10:33 Dağıstanda 3 silahlı məhv edilib 24 May 2019, 10:29 Milli Parklara direktor vəzifəsinə işçi axtarılır   24 May 2019, 10:25 İsmayıllıda narkotik əkən qadın tutuldu 24 May 2019, 10:20 Saçını rəngləyən kişilər - Müğənnilər, deputatlar, məmurlar... - Məşhur şəxsin xanımı DANIŞDI 24 May 2019, 10:09 “Pensiya Amnistiyası” verilsin – TƏKLİF 24 May 2019, 10:06