Modern.az

Astarada heyvanlar peyvəndləndi

Astarada heyvanlar peyvəndləndi

22 Aprel 2019, 16:37

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda Astara Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 40511 baş iribuynuzlu, 21258 baş xırdabuynuzlu, 1145 baş təkdırnaqlı, 210568 ev quşu, 18279 arı ailəsinə baytarlıq xidməti göstərir.         

 

Cari ilin ilk günlərindən başlayaraq rayonun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Peyvəndləmə tədbirləri “soyuq zəncir” rejimi gözlənilməklə 11 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır.

 

Hazırda Astara Rayon Baytarlıq İdarəsi  tərəfindən rayonun Qamışovka kənd sakini Əliyev Bəhrəm Qəzənfər oğluna məxsus 155 baş iribuynuzlu heyvan və 1 baş it saxlanılan təsərrüfatda, eləcə də Şahağac kənd sakini İslamova Gülarə Yavər qızına məxsus 66 baş iribuynuzlu, 270 baş xırdabuynuzlu, 6 baş təkdırnaqlı və 4 baş it saxlanılan fermer təsərrüfatında müvafiq epizootik tədbirlər icra edilib. Ümumiyyətlə, 89 kəndi, 2 qəsəbəni və 1 şəhəri əhatə edən rayonda 34406 baş iribuynuzlu, 622 baş xırdabuynuzlu və 686 baş təkdırnaqlı heyvanda qarayara, 19095 baş iribuynuzlu və 7704 baş xırdabuynuzlu heyvanlarda dabaq, 1580 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 1533 baş itdə quduzluq, 53992 baş cücədə (“La-sota” şatmmı ilə) və 16271 baş quşlarda(“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.

 

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1850 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 3100 kvadratmetr sahədə məcburi dezinfeksiya tədbirləri görülüb.  

 

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

 

Astara rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.  

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi