Modern.az

Gülüşdən ciddiyyətə - Dövlət başçısı seçilən YUMORİSTLƏR

Gülüşdən ciddiyyətə - Dövlət başçısı seçilən YUMORİSTLƏR

22 Aprel 2019, 16:45

Ukraynada keçirilən president seçkilərində şoumen, yumorist və “Studiya 95” şirkətinin sahibi Vladimir Zelenski hazırkı prezident Pyotr Poroşenkonu darmadağın edərək, ölkə başçısı seçildi. Təcrübəli siyasəçtilərin, müxtəlif postlarda uzun illər çalışan siyasi xadimlərin heç bir təcrübəsi olmayan, yumoristik səhnə obrazları yaradan şəxsə məğlub olması çox maraqla və təəccüblə qarşlandı.

 

Amma şou-bizesne nümayəndələrinin, xüsusən yumoristlərin siyasi uğur qazandığı ölkə tək Ukrayha olmayıb. Ayrı-ayrı vaxtlarda Avropadan ABŞ-a qədər fərqli qitələrdə seçici ənənəvi siyasi istibleşmentə alternative seçim edib.

 

Modern.az şou-biznes xadimlərinin uğur qazandığı nümunələri təqdim edir.

 

Ronald Reyqan – ABŞ prezidenti

Ronald Reyqan ABŞ tarixinin ən uğurlu prezidentlərindən biri və Sosialist düşərgəsini süquta uğradan ağıllı siyasəçti kimi tanınır. Amma siyasətə gələnə qədər, Reyqan 1930-1950-ci illərdə Hollivud filmlərinin ulduzu, vestern, casus filmləri və hərbi dramların qəhrəmanı idi. Uzun illər demokratları dəstəkləyən aktyor, siyasətə qədəm qoyduqdan sonra Respublikaçılar Partiyasının əsas fiqurlarından birinə çevrildi. 1967-ci ilin yanvarında Kaliforniya meri seçilən Reyqan ölkənin varlı ştatını 1975-ci ilə qədər idarə etdi. 1976-cı ildə isə Respublikaçılar Partiyasından prezidentliyə namizəd elan olunsa da, gərgin keçən mübarizəni demokrat rəqibi Cerald Forda uduzdu. Amma 1980-cu ildə seçki kampaniyasında cəhdi uğurla nəticələndi və ABŞ 8 illik Reyqan dövrünə qədəm qoydu. İqtisadi inkişaf, işsizliyin azalması, beynəlxalq aləmdə SSRİ ilə münasibətlərin normallaşması məhz Reyqanın yürütdüyü uğurlu siyasətin nəticəsi idi. Keçmiş aktyor və prezident 2004-cü ilin 5 iyununda 93 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdi.

 

 Cimmi Morales – Qvatemala prezidenti

Atasını erkən yaşda itirən, uşaqlığını banan satmaqla keçirən Morales hazırda Qvatemala prezidentidir. O, qardaşı Samuellə birlikdə 15 il ”Moralejas” komediya şousuna rəhbərlik edib. Verilişin ayrı-ayrı ssəhnələrində qardaşlar Nito və Neto qardaşlarının obrazını yaradırdılar. 2011-ci ildə siyasi karyeraya başlayan komik əvvəl xristian-demokratlar, sonra isə Milli Konvergensiya Cəbhəsinə qatıldı.

2015-ci ildə ölkədə ciddi korrupsiya qalmaqalı fonunda prezident Otto Molini və vitse-prezident Roksana Baldettiyə korrupsiya ittihamı irəli sürüldü.  Korrupsiya və rüşvətə qarşı çıxan Morales prezdientliyə yeni namizəd oldu və uğurlu təbliğat kampaniyası sayəsində 67,4% səs toplayaraq, prezident seçildi.  

Amma 2017-ci ilin yanvarında bu dəfə onun yaxın çevrəsi korrupsiya qalmaqalına düşdü. Nəticədə onun qardaşı Samuel və qardaşı oğlu Xose həbs olundu, Cimmi Morales isə prezdientlik postunu çətinlik olsa da qoruyub saxlaya bildi.

 

Maryan Şarets – Sloveniyanın baş naziri

2018-ci ilin sentyabrından daha bir Avropa ölkəsinə yumorist rəhbərlik edir. Lüblin teatr, radio, film və televiziya akademiyasının məzunu olan 41 yaşlı Maryan Şaretsin baş nazir seçilməsi böyük qalmaqal yaratmışdı. RTV Sloveniya telekanalında reportyor kimi işə başlayan Şarets daha sonra fəaliyyətini ölkədə hər şeydən narazı qalan zəvzək kəndli – İvan Serpentinşeka obrazı ilə davam etdirirdi. Bu yumoristik buraxılışlar ona böyük uğur gətirdi və böyük tərəfdar bazası formalaşdırdı. 

2010-cu ildə siyasətə qatılan Şarets ilk olaraq 12 min sakini olan Kamnik şəhərinin meri seçildi. 2017-ci ildə mer mübarizəsini uduzan komik buna rəğmən 2018-ci ildə parlament seçkilərində partiyası ilə 12,7% səs topladı və ikinci yerdə qərarlaşdı. Uzun koalision danışıqlardan sonra Şarets 2018-ci ilin sentybarında baş nazir seçildi. Keçmiş yumoristin gənclər arasında böyük populyarlığı var.

  

Lenin Moreno – Ekvador prezidenti

Cənubi Amerikanın ən ziddiyyətli prezidentlərindən biri sayılan Lenin Boltyer Moreno 1953-cü ildə anadan olub. Onun sürücü atası bolşeviklərin tarixi ilə maraqlanırdı və Fransız maarifçisi Voletin yaradıcılığını diqqətlə izləyirdi. Oğlunun adındakı bu qəribəlik də məhz həmin sevginin nəticəsi idi. 

Lenin solçu hərəkatlarda aktiv  iştirak edir və sonra dövlət qulluğuna keçərək, ölkəsinin inkişafı üçün çalışır. 1998-ci ildə Ekvador turizm palatası milli federasiyasının prezidenti kimi həyatının önəmli dönüş nöqtəsi ilə qarşılaşır. Oğurluq zamanı qulduqlardan biri onun belinə güllə sıxır. Nətivədə onurğası zədələndiyi üçün yerimə qabiliyyətini itirən siyasətçi həyatın mənasını yumorda tapır. O, Ekvadorda yumoristik festivalların keçirilməsini təşil edir, “Dünyanın ən yaxşı zarafatları”, “Yumorun nəzəriyyəsi və praktikası”, “Qorxmayın, gülün” və s. yumoristik kitabların müəllifi olur.

Səhiyyə Nazirliyində Əlillik üzrə milli direktor postuna yiyələnən Lenin Moreno əlillik arabasında hərəkət etsə də, bu, onun uğurlu siyasətçi olmasına mane ola bilmir.

2006-cı ildə solçu prezident Rafael Korreanın komandaslına qoşularaq vitse-prezident postuna yiyələnən siyasətçi  2017-ci ildə 51% səs toplayarq ölkə başçısı seçilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...