Modern.az

Koçaryanın işi ilə bağlı istintaq yekunlaşıb

Koçaryanın işi ilə bağlı istintaq yekunlaşıb

Dünya

22 Aprel 2019, 17:32

Ermənistan Xüsusi İstintaq Xidməti 2008-c i ilin 1 mart hadisələri ilə bağlı istintaqın yekunlaşdırıldığını açıqlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezidet Robert Koçaryan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturov, eks-müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Qevorkyanla bağlı ibtidai istintaq yekunlaşıb.

 

İstintaq Robert Koçaryanı konstitusion quruluşun devrilməsində və külli miqdarda rüşvət alma maddələri ilə, Seyran Ohanyan və Yuri Xaçaturovu konstitusion quruluşu devirməkdə və Armen Qevorkyanı isə cinayət yolu ilə əldə olunmuş gəlirləri leqallaşdırmaq və konstitusion quruluşun devrilməsində yardımçı olmaq maddələri ilə ittiham edir.

 

2008-ci ilin martın 1-də özünü Ermənistanın yeni prezidenti elan edən Levon Ter-Petrosyanın tərəfdarları və polis arasında toqquşmalarda 10 nəfər ölmüşdü.   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi