Modern.az

Başı bəlalı Kılıçdaroğlu  - O, ilk dəfə deyil döyülür - FAKTLAR

Başı bəlalı Kılıçdaroğlu  - O, ilk dəfə deyil döyülür - FAKTLAR

Analitika

22 Aprel 2019, 17:54

Ötən gün Türkiyədə xoşagəlməz hadisə yaşanıb. Ankarada şəhidin dəfn mərasiminə qatılan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hucuma məruz qalıb. Sıxlığın içində bir neçə nəfər partiya sədrinə yumruq vurub. Kılıçdaroğlu jandarm və mühafizəçilərin yardımı ilə kütlənin içərisindən çıxarılıb. Partiya sədrinə qarşı olan bu addım Türkiyədə və dünyada pislənib. Siyasətçilər Kılıçdaroğlunun hücumə məruz qalmasını qınayıblar.

Modern.az xəbər verir ki, CHP sədrininin fiziki təzyiqə məruz qalması ilk deyil.

Ayaqqabılı hücüm

21 mart 2014-cü ildə Türkiyəninin Qaziantep vilayətində mitinqdə çıxışı zamanı 30 yaşlı gənc ayaqqabılarını çıxarıb Kılıçdaroğluna atmışdı. Ayaqqabılardan biri Kılıçdaroğluna dəymişdi. Polisin saxladığı Mehmet adlı şəxsin işsiz olduğu, 8 ayrı cinayətdən həbsdə olduğu aşkarlanmışdı.

Parlamentdə yumruq

8 aprel 2014-cü ildə Orxan Övet adlı şəxs Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində olarkən onu yumruqlamışdı. Kamal Kılıçdaroğlu Böyük Millət Məclisində (TBMM) ona hücum edən Orxan Övet haqqında şikayət etməyəcəyini açıqlamışdı. Buna O.Övetin anasının Kılıçdaroğlundan xahiş etməsi səbəb olmuşdu.

Terrorçuların hücumu

25 avqust 2016-cı ildə CHP lideri Artvin vilayətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən avtomobil karvanı atəşə tutulub. Terrorçular Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla vurmaq istəyib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri Kılıçdaroğlunu zirehli maşına əyləşdirərək, ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 1 əsgər şəhid olmuş, 2 əsgər isə yaralanmışdı.  Hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmin dövrdə baş nazir olan Binəli Yıldırım Kılıçdaroğluna zəng ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi