Modern.az

Gömrükçülər üçün təlimə start verildi - Foto

Gömrükçülər üçün təlimə start verildi - Foto

22 Aprel 2019, 19:46

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Bir inspektor-bir nəqliyyat vasitəsi” prinsipinə uyğun olaraq “Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinin qeydiyyata alınması, “Yol vergiləri”nin hesablanması, “İcazə blankları”nın tətbiqi və “BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar” zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi qaydaları” mövzusunda təlimə start verilib.

 

DGK-dən Modern.az-a verilən məlumata görə, təlimdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyindəki gömrük postlarında xidmət aparan 76 gömrük əməkdaşı iştirak edir və məqsəd əməkşların peşə biliklərinin artırılmasıdır.

 

Təlimin acılış mərasimində çıxış edən DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev beynəlxalq ticarətin asanlaşdırılmasında, yükdaşımaların və sərhədkeçmə proseslərinin sürətləndirilməsində gömrük-sərhəd buraxılış məntəqələrinin xüsusi rol oynadığını bildirib, məntəqələrin işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tətbiq edilən yeniliklərdən bəhs edib, təlimin bu istiqamətdə xüsusi rol oynayacağını diqqətə çatdırıb.

 

Akademiyanın rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını bildirib. Q.Novruzov bu istiqamətdə Akademiyanın da üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə, əməkdaşların peşəkarlığının artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Təlim üç həftə davam edəcək və sonda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir