Modern.az

Bakıda ev yandı, sahibi öldü

Bakıda ev yandı, sahibi öldü

23 Aprel 2019, 09:56

Bakıda bağ evində yanğın olub.

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir