Modern.az

“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından ETİRAZ

“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından ETİRAZ

Aktual

23 Aprel 2019, 10:03

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin hücumuna məruz qalmış azyaşlı Hüseyn Məmişovla bağlı yeni məlumatlar yayılıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə uşağın üzünü parçalayan itin həmin ailəyə məxsus olduğu iddia edilib.

Məsələ ilə bağlı Hüseyn Məmişovun atası Qismət Məmişov Modern.az-a açıqlama verib. O, deyilənlələri təkzib edib:

“Hadisə mənim həyətimdə baş verib. Amma it küçə iti olub, çəpərdən qəfil həyətə keçib. Hadisə yoldaşım o biri uşağı məktəbdən gətirəndə, evdə mətbəxə keçəndə anda baş verib. Hüseyn qonşu uşaqla çəpərin yanında oynayırmış, it də qəfildən çəpərdən keçib uşağın yanağından tutub sürüyüb. İt quduz olub, uşağı tutandan sonra da ölüb”.

 

Q.Məmişov övladının səhhətinin stabil olduğunu bildirib:

“Uşağın vəziyyəti stabildir. Ümid Allahadır. Mən övladımın dərdindəyəm, camaat iti müzakirə edir. Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm. Bilən də danşır, bilməyən də!”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır