Modern.az

Çingiz Qənizadə  seçiciləri ilə daha bir görüş keçirtdi  

Çingiz Qənizadə  seçiciləri ilə daha bir görüş keçirtdi  

Aktual

23 Aprel 2019, 11:04

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə Beyləqan rayon Əhmədli və Aşiqalilar  kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, millət vəkili görüşdə seşicilərinin suallarına geniş və əhatəli cavab verib. Həmçinin seçiciləri qarşısında çıxış edərək ölkəmizin daxili və xarici siyasəti haqqında danışıb. Cənab prezident İlham Əliyevin son vaxtlar həyata keçirtdiyi islahatları qeyd edən  Çingiz Qənizadə xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzaladığı Fərman və sərəncamlar barəsində də geniş məlumat verib.

Bundan sonra millət vəkili seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləmiş, rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq  strukturları ilə əlaqə saxlayaraq həll edib. Digər müraciətlərə isə baxılacağına söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir