Arxiv
23 Aprel 2019, 11:18 | AKTUAL
Qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası tam yenidən qurulur  - VİDEO

Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün ölkə Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və Respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

 

Bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində Azərenerji “ASC” tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və  nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb.

 

Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisi perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.

 

Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurgularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasıda yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan 330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə mərkəzinə kabel xətləri ücün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafızə binası əsaslı təmir olunur.

 

Ümumilikdə, “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata catacaq, ən əsası isə “Azərbycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

 

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25