Modern.az

Lukaku “Yuventus”un transfer hədəfində

Lukaku “Yuventus”un transfer hədəfində

23 Aprel 2019, 11:22

Premyer Liqa təmsilçilərindən “Mançester Yunayted” “Yuventus”un transfer siyahısında yer aldığı bildirilən belçikalı oyunçu üçün yeni qərar verib.

 

Modern.az xəbər verir ki, İngilis mediyasından “Mirror” qəzetinin xəbərinə görə “Mançester Yunayted” Romelul Lukakunun  təzminat qiymətini 90 milyon avro olaraq təyin edib.

Xəbərdə Lukakunun mövsümün sonunda klubdan ayrılmaq istədiyi və “Yuventus”un 90 milyon avronu ödəmək ehtimalının yüksək olduğu da qeyd edilib.

 

Qeyd edək ki, 2022-ci ilə qədər müqaviləsi olan 25 yaşındakı Lukaku, bu mövsüm 43 oyuna 15 qol vurub, 4 qol ötürməsi verib.

 

Novruz NOVRUZLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?