Modern.az

İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi

İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi

Aktual

23 Aprel 2019, 11:37

Ötən müddətdə  kimya müəllimi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olmuşdu. Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində məktəbdə bir çox haqsızlıqlarla üzləşdiyini  qeyd etmişdi.

 

Bu məsələ ilə bağlı Modern.az saytının əməkdaşı məktəbin direktoruna müraciət edib.

 

İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva qeyd edib ki, “Facebook” sosial şəbəkəsində paylaşdığı statusla bağlı Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilib.

“Təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib”-deyə o əlavə edib.

Dilarə Məşədiyeva bildirir ki, əgər Leyla xanım internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük.

Məktəb direktoru Leyla Ucalın sosial şəbəkədə yazdığı qeydlərə cavab olaraq bildirib:

 

“Sosial şəbəkədə məsələnin müzakirəsindən dərhal sonra məktəbə KİV nümayəndələri gəlib, burdakı vəziyyətlə tanış oldular. Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var”.

 

Əməkdaşımıza müsahibəsində məktəbin direktoru bir daha Leyla Ucala müraciət edərək  onu sözünün məsuliyyətini dərk etməklə  iddia etdiyi faktları araşdırmaq üçün internat məktəbinə dəvət edib.

 

Nuranə DAXİLQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür