Modern.az

Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI

Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI

Aktual

23 Aprel 2019, 11:59

Yaponiyada Naqasaki əyalətində istirahət mərkəzlərindən birindən tapılan qızıl ləyən  Ginnesin Rekordlar Kitabına düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  ləyənin ağırlığı 154,2 kiloqramdır. 18 karatlıq qızıldan ibarət tapınıtının dəyəri 7,1 milyon dollar civarında müəyyənləşib. Ləyənin diametri 1,3 metrdir. İstirahət mərkəzinin sahibi olan “Huis Ten Bosch” şirkətinin nümayəndəsi ləyənə iki yetkin yaşda insanın yerləşə biləcəyini bildirib.

 

Qeyd edib ki, bu ləyən istirahət üçün bura gələn müştərilərimizə şans gətirəcək. Ginnesin Rekodlar Kitabına düşən bu ləyəndən 1 saatlıq isfiadə üçün 48 dollardan çox pul ödənməlidir.

 

Əzizə ZEYNAL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı