Modern.az

“Milan” türk futbolçusunu satışa çıxaracaq

“Milan” türk futbolçusunu satışa çıxaracaq

Aktual

23 Aprel 2019, 12:39

“Milan”da forma geyinən Hakan Çalxanoğlu üçün İtaliya mediyasında ciddi bir iddia ortaya atılıb.

 

Modern.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub Hakanı mövsümün sonunda  satma qərarı alıb. 25 yaşındakı futbolçuya Bundesliqa və Çindən bəzi klubların  maraqlandığı bildirilib.

Xəbərdə Seria A təmsilçisinin, türkiyəli futbolçudan ən az 20 milyon avro qazanmağı hədəflədiyi bildirilib.

Qeyd edək ki, “Milan” ilə 2021-ci ilə qədər müqaviləsi olan Hakan, bu mövsüm 40 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə verib.

 

Novruz NOVRUZLU 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır