Modern.az

“Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat

“Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat

Aktual

23 Aprel 2019, 13:04

“Azərbaycan televiziyalarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə daha çox estetik tərəfdən dəyişikliyə önəm verilir. Təbii ki, bu da olmalıdır. Aparıcılar estatik baxımdan məzmunlu geyinməlidirlər. Lakin əsas məsələ verilişlərin məzmununun, keyfiyyətinin artırılmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin  iclasında deyib.

 

Deputat bildirib ki, İctimai Televiziyanın bu istiqamətdə məsələlərin həyata keçirilməsi üçün digərlərindən fərqləndirən cəhətləri var:

“Hesab edirəm ki, İctimai Televizyada bu istiqamətdə görüləsi işlər çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərinin siyahısında yer alan şəxslərin bir çoxlarının fəaliyyəti ilə yaxından tanışam və onların şuraya üzv olduğuna şadam.

 

Çox hörmətli Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir. Eyni zamanda efir məkanında mənəvi dəyərlərin qorunması təbliğ olunması, sujetlərin, filmlərin olması çox vacibdir. Bu gün din cəmiyyətdəki davranışlarımızı, mənəvi dəylərimizi müəyyənləşdirir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bu istiqamətdə məsələlərin həllinə köməklik göstərəcək”.

 

Qeyd edək ki, parlamentin iclasında İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi