Modern.az

Rusiyada çoxuşaqlı azərbaycanlı ailənin dəstəyə ehtiyacı var

Rusiyada çoxuşaqlı azərbaycanlı ailənin dəstəyə ehtiyacı var

Aktual

23 Aprel 2019, 15:23

Rusiyanın Perm diyarının Qubax rayonunda azərbaycanlı ailənin hüquqi yardıma ehtiyacı var.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 3 övlad anası olan Brilyant Hüseynova Azərbaycan vətəndaşı olduğu üçün Rusiyadan deportasiya oluna bilər.

 

Belə ki, əri və 3 övladından fərqli olaraq Rusiya vətəndaşlığı almayan Hüseynovanın deportasiya qərarı hələ  2017-ci ilin 19 mayında verilib. Qubax şəhər məhkəməsi Rusiya ərazisində mqirasiya qaydalarını pozduğu üçün Brilyant Hüseynovanın Azərbaycana deportasiya barədə hökm çıxarmışdı.

“Mən bu qərarı obyektiv səbəblərə görə şikayət edə bilmədim. Çünki martın 22-də oğlum Camalı dünyaya gətirmişdim”-deyə Hüseynova bildirib.

 

Yalnız 2018-ci ilin mayında qadın məhkəməyə deportasiya qərarından şikayət etmişdi. Lakin nə məhkəmə, nə məhkəmə hakimi Vladimir Velyaninov, nə də Perm diyarında uşaq ambudsmanı Pavel Mikova edilən şikayətlərə reaksiya verib.

 

Brilyant Hüseynova deportasiya olunacağı təqdirdə, ailə üzvlərinin də onunla birgə Azərbaycana dönməli olacağını deyib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi