Modern.az

Prezident təqaüdçüsü qəzaya düşdü - FOTOLAR

Prezident təqaüdçüsü qəzaya düşdü - FOTOLAR

Aktual

23 Aprel 2019, 17:45

Bu gün günorta saatlarında Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü şair Fuad Cəfərlinin avtomobili qəzaya uğrayıb.

Modern.az-a daxil olan məlumata görə, Fuad Cəfərli hərəkətdə olarkən adı açıqlanmayan biznesmen xanım idarəetməni itirib və idarə etdiyi ”Toyoto-Prado” markalı avtomobilini prezident təqaüdçüsünün ”Mercedes-Benz” markalı avtomobilinə çırpıb. Hadisə baş verən zaman yazıçının ailə üzvləri də avtomobildə olub.

Hadisənin təfərrüatlarını öyrənmək üçün Fuad Cəfərli ilə əlaqə saxladıq.

O, Modern.az-a açıqlamasında qəzaya düşməsi ilə bağlı məlumatı təsdiqlədi. Bildirdi ki, xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb:

”Amma avtomobilə ciddi ziyan dəyib. Xanım sürücü mən baş yolda olarkən arxadan gəlib özünü avtomobilə çırpdı. Maşının arxa hissəsi əzilib. Arxa qapısı sıradan çıxıb. Yararsız hala düşüb. Mütəxəssislər təxminən 1000-2000 manat həcmində ziyan dəydiyini bildirdilər. Onu da deyim ki, hər ikimizin avtomobili sığortalıdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!