Modern.az

Serj Sarkisyaın 1 il öncəki istefası - TƏFƏRRÜATLAR

Serj Sarkisyaın 1 il öncəki istefası - TƏFƏRRÜATLAR

23 Aprel 2019, 18:01

Bu gün Ermənistanda  eks-prezident Serj Sarkisyanın istefasının 1-ci ildönümü qeyd olunur.

 

Modern.az xəbər verir ki, parlamentin hazırkı spikeri Ararat Mirzoyan 1 il öncə Sarkisyanın istefasının detalları barədə xatirələrini bölüşüb.

Mirzoyan aprelin 22-si axşam  saatlarında onu və deputat Sasun Mikaelyanın istintaq təcridxanasına gətirildiklərini deyib.

“Bizdən bütün kəmər və ayaqqabı bağlarını aldılar və ayrı-ayrı kameralara saldılar. Sonradan təcridxanada hazırda baş nazirin müavini Tiqran Avinyan və Təhlükəsizlik Şurasının Baş katibi Arman Qriqoryanın da olduğunu öyrəndik”.

 

Mirzoyan kameraya gəldikdən bir neçə saat sonra iri çinli məmurların onlarla danışıqlar üçün bir-bir gəldiklərini əlavə edib.

“Keçmiş spiker Ara Babloyan və baş nazir Karen Karapetyan da yanımıza gəlmişdi. Biz siqaret çəkərək, danışıqlara başladıq. Dərhal Serj Sarkisyanın istefasını tələb edirdik. Danışıqlar dalana dirəndi”.

 

Parlament spikeri sonda bütün saxlanılan fəalların Nikol Paşinyanın kamerasına toplandığını və danışıqların yekun mərhələsinin başlandığını deyib.

“Karen Karapetyan hamımızı Nikolun kamerasına topladı. Qəhvə gətirilməsini istədi. Sarkisyanın ancaq 2018-ci ilin oktybarında Frankofoniya sammitindən sonra istefaya gedəcəyini bildirdi. Razılaşmadıq. Sonra may-iyun aylarında istefa verə biləcəyi müzakirə olundu. Sonda 25 aprel tarixi təklif olunsa da, məsləhətləşərək, bu istəyi də geri çevirdik”.

 

Mirzoyan sonda baş nazir Karapetyanın 2 saatdan sonra istefa verməyə hazır olduğunu deyib.  “Bundan sonra, biz təcridxanadan çıxdıq və Yerevanın mərkəzinə yollandıq”.

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir