Modern.az

Ukrayna MSK Vladimir Zelinskinin qələbəsini elan etdi

Ukrayna MSK Vladimir Zelinskinin qələbəsini elan etdi

23 Aprel 2019, 19:27

Ukraynada prezident postuna namizəd Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb, ölkənin hazırkı Prezidenti Petr Poroşenkonu isə seçicilərin 24,45 faizi dəstəkləyib.

Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası  məlumat yayıb.

Qurumun məlumatına əsasən, elektron protokolların 100 faizi hesablanıb və bülletenlərin 2,31 faizi etibarsız sayılıb.

Bu seçkiləri Ukrayna tarixində presedent adlandırmaq olar: indiyədək seçkilərdə heç bir prezident vətəndaşların bu dərəcədə dəstəyini qazanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır