Modern.az

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcək

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcək

Aktual

23 Aprel 2019, 19:44

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Pekində görüşəcək.

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, prezidentlər aprelin 26-da Pekində görüşəcəklər.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib ki,  görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoq aparılacaq.  

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar