Modern.az

58 yaşlı Sumqayıt sakini itkin düşüb

58 yaşlı Sumqayıt sakini itkin düşüb

Aktual

23 Aprel 2019, 21:58

Sumqayıt şəhərində 58 yaşlı kişi itkin düşüb. 

Modern.az “Report”a istinadən xəbər verir ki,  20-ci məhəllə, ev 20/29, mənzil 38 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Əlibəy Güləhməd oğlu Nəsrullayev evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Onun əlamətləri: boyu 168 sm, ağbəniz sifətli, gözlərinin rəngi qarışıq, saçlarının rəngi ağ və seyrək, orta bədən quruluşludur. Əynində qara rəngli yun jaket, üzərində qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı olub.

 

Ə.Nəsrullayevi görüb yerini bilən şəxslərdən (018) 65-4-44-81, (018) 65-5-69-77 və (055) 260-88-88 telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir