Modern.az

Versalda yanğın təhlükəsi - VİDEO

Versalda yanğın təhlükəsi - VİDEO

24 Aprel 2019, 00:31

Fransanın Versal şəhərində eyniadlı saray-park kompleksinin yaxınlığında güclü yanğın başlayıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın Park de Klanyi küçəsində avtosalondun qarajında baş verib. Alov yaxınlıqdakı yaşayış binalarına sıçrayıb. Sakinlər dərhal təxliyyə olunub. Bir nəfər xəsarət alıb.

 

Yanğını söndürmək üçün 80 nəfər yanğınsöndürən və 30 ədəd texniki vasitə cəlb olunub.

 

Qeyd edək ki, saray 1666-cı ildən 1789-cu ilə qədər fransız monarxlarının rəsmi iqamətgahı olub. 1979-cu ildən etibarən bu saray-park kompleksi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?