Modern.az

Kim Çen In Rusiyaya səfər edib

Kim Çen In Rusiyaya səfər edib

24 Aprel 2019, 08:39

Şimali Koreya Respublikasının lideri Kim Çen In Rusiyaya səfər edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kim Çen In Pxenyandan Vladivostoka zirehli qatarla gedib.

Şimali Koreya liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşü Vladivostokda keçiriləcək. Görüşün aprelin 25-də olacağı bildirilir. Əsas müzakirələr dövlətlərarası münasibətlər ətrafında aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır