Modern.az

Sem Smitin Bakı konserti ləğv olundu

Sem Smitin Bakı konserti ləğv olundu

Aktual

24 Aprel 2019, 11:24

Sem Smit yarış həftəsonu, şənbə günü Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Verilən məlumata görə, ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub. Nəticə etibarilə, Sem Smit bu həftə Bakıda çıxış edə bilməyəcək. Sağlamlığı hər şeydən vacib sayan BŞH musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir.

Bu xəbər Sem Smitin Bakıdakı azarkeşlərini məyus edəcək. Buna görə də bildirmək istərdik ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisininin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif etdiyimiz digər əyləncə proqramları hələ də qüvvədədir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir