Modern.az

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindəki yeni səfiri işə başlayıb

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindəki yeni səfiri işə başlayıb

24 Aprel 2019, 12:08

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təyin olunmuş yeni səfiri Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li nazir azərbaycanlı səfirə  fəaliyyətində uğurlar arzu edib. Modern.az-ın məlumatına görə, Mahir Əliyev 2008-ci ildək Təhsil Nazirliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub. 2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. 2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2019-cu ilin bu günlərində ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbər təyin edilib. Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfir Daşqın Şikarov bir müddət əvvəl geri çağırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?