Modern.az

Eldəniz Elgünə Real TV-də vəzifə verildi

Eldəniz Elgünə Real TV-də vəzifə verildi

Media

24 Aprel 2019, 12:40

Tanınmış jurnalist Eldəniz Elgün Real TV-də işə başlayıb. Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Eldəniz Elgünlə əlaqə saxlayıb.

E.Elgün saytımıza açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən Real TV-də çalışır:

“Məlumat doğrudur. Mən Real TV-də Real Təhlil İnformasiya Mərkəzinin redaktoru təyin olunmuşam”. Jurnalist bildirib ki, yeni və fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacaq:

“Çox ciddi layihələrimiz var. Bir neçə günə texniki-təchizat məsələləri həll edildikdən sonra layihələrimizi reallaşdıracağıq. Bildiyiniz kimi, buna qədər “Space” televiziyasında inzibati işlərdə çalışırdım. Artıq yaradıcı işlərə ehtiyac duyduğumu hiss etdim. Ona görə də Real TV-i ilə işə başladıq. Çalışacağam ki, tamaşaçaıları çox bezdirməyim, amma həm də hər gün onların görüşünə gəlim. Bir sözlə, bu gündən Azərbaycan mətbuatında söz sahibi olan Mirşahin Ağayevlə çalışacam. Mirşahin mənim üçün hərfin yox, sözün sahibi olub”. 

E.Elgün “Space” televiziyasındakı işindən ayrılsa da, əməkdaşlığı davam etdirəcəyini vurğulayıb:

“Bu günədək AzTV-də, “Space”də, ANS-də çalışmışam. Bu gün isə “Real”ın əməkdaşıyam. Mən işlədiyim redaksiyalarda hər kəslə dost olmağa çalışmışam. “Space”də də sonuncu dəfə dünyaca ciddi rejissorun, dəyərli rəhbərin - Vaqif Mustafeyevin yanında işlədim və birgə fəaliyyət göstərdiyimə görə fəxr edirəm. İnanıram ki, onlarla əməkdaşlığımız davam edəcək. Ən azından özümü Vaqif Mustafayevin etibarlı dostu hesab edirəm. Yaradıcı işə keçmək istəyimi bildirəndə də məni anlayışla qarşıladı. Uzaq yerə getmədim ki, düşüncə ocağına Mirşahinin yanına gəldim”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi