Modern.az

Səməd Seyidov: “Yeniləşmiş Parlament görmək istəyirəm” - VİDEO

Səməd Seyidov: “Yeniləşmiş Parlament görmək istəyirəm” - VİDEO

Aktual

24 Aprel 2019, 14:09

Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İctimai Televiziyanın  “Pressinq” telelayihəsinin qonağı olub.

Modern.az-ın məlumatına görə,  S.Seyidov Avropa Şurasında, eləcə də dünya siyasətində Azərbaycanla bağlı son vəziyyətə aydınlıq gətirib.

Millət vəkili ölkədaxili islahatları təqdirəlayiq adlandıraraq bildirib ki, bütün sahələr kimi Azərbaycan Respublikasının Milli Məclisində də yenilənməyə ehtiyac var.

Qeyd edək ki, verilişdə layihə formatına uyğun olaraq “Yeni müsavat” qəzeti,  “1news.az”, “Haqqın.az” və “Azerfax.az” informasiya agentliklərinin əməkdaşları da iştirak edərək qonağa suallar ünvanlayıblar.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır