Modern.az

Azərbaycanlı rəssam: “Ermənilər dedilər ki, başına bəla açarıq” - MÜSAHİBƏ

Azərbaycanlı rəssam: “Ermənilər dedilər ki, başına bəla açarıq” - MÜSAHİBƏ

24 Aprel 2019, 15:19

Rəssam-heykəltəraş Gülnarə Muxtarova Pamuk 2008-ci ildən Türkiyənin İzmir şəhərində yaşayır. Rəssam xanım bu həftə yeni ”Qardaşlıq” sərgisi açıb. Onu bəlkə də çoxları tanımır. Modern.az saytı qardaş ölkədə yaşayıb-yaradan azərbaycanlı xanım rəssamı sizinlə daha yaxından tanış etməyə çalışıb. -  2008 -ci ildən Türkiyənin İzmir şəhərində yasayıram. Ailəliyəm, iki övladım var. 2007-ci ildə Azərbaycan Dövlət  Rəssamlıq  Akademiyasının memarlıq bölümünü bitirmişəm. Orta məktəbin 10-cu sinfindən etibarən özəl qalereyalarda sərgilərim olub. Professional olaraq 7 ildi çalışıram. - Başqa bir ölkədə çətin olmur? Böyük ölkədə rəqabət də çətindi… - Təbii ki, çətin oldu. Xüsusilə sərgi açmaqda  problemlər yaşadım. Lakin bir insan qarşısına məqsəd qoyub və əzmlə çalışırsa, mütləq məqsədinə nail olur. Mən burda öz vətənim Azərbaycanı təmsil edirəm. Hər işim, ugurum tək mənim adımla baglanmır.   Ona görə də qarşıma qoyduğum məqsədə az da olsa nail olmuşamsa, xoşbəxtəm. - Bu həftə yeni sərginiz oldu. Davamı gələcəkmi?  - Hər  il Azərbaycanla bağlı konfranslar  kecirilir. Əsasən də işğal altında olan Qarabağ mövzusunda. Xocalı soyqırımını tanıtma məqsədi ilə konfranslar keçirilir. Mən də bu konfranslara qatılıram. Görürəm ki, bu faciə ilə baglı çoxlu suallar ortaya çıxır. Məhz buna görə də mən əsərlərimdə Qarabağ mövzusuna çox yer verirəm. Belçikada, Almaniyada da sərgilərim olub. Bu il ”Qardaşlıq” sərgisindən başqa daha üç sərgim olacaq.  - Deyəsən yeni heykəl üzərində də işləyirsiniz?  -  Bəli, heykəltəraşlıqla da məşğulam. Qarabağdan olan iki bacının xatirəsinə həsr etdiyim bir  əsərdə qızlarımızın cəsarətini əks etdirmişəm. Bu heykəli dünyada tanıtmağı planlaşdırıram.Yaxın günlərdə açılışı olacaq və bu heykəlin Türkiyə parklarının birində qoyulması planlaşdırılır.  - Qarabağdan söz düşmüşkən, Türkiyədəki ermənilərlə bir problem yaşamırsınız ki? -  Mənim qalereyama gəlmişdilər. Mən də Qarabağlı bacıların qəhrəmanlığını əks etdirən heykəl üzərində işləyirdim. Məndən azərbaycanlı Gülnarə xanımın kimliyini soruşdular. Mənəm dedim. Heykəli göstərib bunu İzmirdə heç bir parka qoya biıməyəcəksiniz dedilər. Əvvəlcə təəccüb etdim. “Niyə?” deyə soruşdum. “Başınızı dərdə soxarsınız” söylədilər. “Biz başınıza bəla gətirərik, amma bu heykəl qoyulmayacaq. Erməni toplumu buna izn verməyəcək”, - deyə əlavə etdilər. Təbii aramızda mübahisə oldu. Mən “azərbaycanlının başını kimsə Türkiyədə ağrıda bilməz” dedim. O zaman çox stres keçirdim və qalereyaya gələn ermənilərə qapını göstərdim. Bundan sonra inadım və əzmim artdı. Bu heykəl Türkiyə parklarının birində ucalacaq. Təbii ki, rəsmi icazə alaraq. O zaman geniş tədbir və açılış da olacaq.  Məhsəti Şərif, İstanbul

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir