Arxiv
24 Aprel 2019, 16:45 | AKTUAL
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş  konfrans keçirildi  

Bu gün UNEC-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar ”Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərində sosial və humanitar fəlsəfi ideyaların əsas istiqaməti” adlı konfrans keçirilmişdir. Konfransda UNEC rektoru, professor Ədalət Muradovun, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin, AMEA-nın Əlyazmalar İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları iştirak etmişlər. 

 

Tədbir rektor Ə.Muradovun, dəyərli akademik T.Kərimli və professor müəllim heyətinin iştirakı ilə dahi şair Nəsimiyə həsr edilmiş sərgiyə baxış ilə başladı. Burada onun əsərlərinin bədii obrazlarla ifadəsi olan rəsmlər, əsərlərindən ibarət seçmələrin yer aldığı kitablar sərgilənmişdi.  

 

Elmi fəaliyyəti təşkili və idarəedilməsi departamentinin və “Azərbaycan dili” kafedrasının birgə təşkilatcılığı keçirilmiş tədbiri giriş sözü ilə açan rektor, professor Ədalət Muradov məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin keçirildiyini və bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə bu il Nəsiminin 650 illiyinin keçirildiyini diqqətə çatdırdı. UNEC-də Nəsimi ili ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini nəzərə çatdıran rektor, UNEC Tələbə Teartının Nəsimi əsərləri əsasında hazırladıqları teatrın nümayişi üçün Türkiyənin Kars vilayətinə səfər edəcəyini və digər tədbirlərin planlaşdırdığını bildirdi.

Dahi şairin Azərbaycan dilində yazdığını, özündən əvvəl olmuş şairlərin ənənələrini yaşatdığını bildirən rektor, Nəsimi ideyaları, Nəsimi irsi barədə danışdı. Böyük Azərbaycan xalqının zaman zaman dahi şairlər yetişdirdiyini qeyd edən rektor bu sırada Nəsiminin xüsusi yer tutduğunu nəzərə çatdırdı. Ə.Muradov Nəsimi irsinə biganə qalmaq mümkün olmadığını, Nəsiminin digər şəxslərdən fərqləndirən cəhətin onun əqidəsi olduğunu diqqətə çatdırdı. Rektor layiqli vətəndaşın yetişdirilməsi üçün layiqli vətəndaş olmağın zəruriliyi, Nəsimi irsində vətənpərvərlik, istənilən zaman vətənin daşına çevrilməyə hazırlıq ideyalarına toxundu.

 

Akademik T.Kərimli öz çıxışında daki filosof Nəsimiyə verilən böyük dəyər haqqında söhbət açdı. O qeyd etdi ki, ancaq Azərbaycan xalqı kimi böyük bir xalq Nəsimi kimi nəhəng şəxsiyyəti yetişdirə bilərdi. T.Kərimli qeyd etdi ki, Nəsimi insanın dünyaya bir missiya ilə gəldiyinə, insanların biri birinə sevgi və dəyər ilə yanaşmalı olduğuna inanırdı. T.Kərimli Nəsimi əsərlərində olan humanizm, azadlıq ideyaları haqqında söhbət açdı. Azərbaycan xalqı nadir xalqlardan biridir ki, quldarlıq dövrü keçməyib, həmişə azad bir xalq olaraq, insan azadlığı ideları həmişə önə keçirilib. Bu ideyalar bizim klassik ədəbiyyatda, o cümlədən Nəsimi əsərlərində də öz əksini tapıb. Nəsimi inanırdı ki, insanın simasında ərəb əlifbasının hərfləri öz əksini tapıb, insan müqəddəsdir, insan dünyaya xoşbəxt olmaq üçün gəlir.

Bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında Fizuli və Xətai kimi böyük şairlərimiz yetişmişdir. Buna baxmayaraq Nəsimi uzun müddət unudulmuş bir sənətkar olub, ədəbimiz Salman Mumtaz onun əsərlərini əsrlər keçdikdən sonra çap etdirərək həyata qaytarıb. T.Kərimli qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin əməyi nəticəsində Nəsimi bolşevik hasarından keçirilərək yenidən dünyaya çatdırıllıb.

 

Tədbirdə UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli “Nəsimi irsi müasir humanitar düşüncə kontekstində” və kafedranın professoru Maarifə Hacıyeva “İmaməddin Nəsiminin şeirlərində folklor qaynaqları” mövzusunda çıxış ediblər.

Tədbirdə “Azərbaycan dili” kafedrasının və UNEC Yaradıcılıq Mərkəzinin təşkilatcılığı ilə tələbələrin ifasında Nəsiminin yaradıcılığına həsr edilmiş şeir parçalarının səsləndirilməsi auditoriya tərəfindən xüsusi maraqla qarşılandı. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03