Arxiv
17 Dekabr 2009, 16:22 | REPORTAJ
Qohumlarının narazı, seçicilərinin razı olduğu deputat

“525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihə çərçivəsində əməkdaşımız Milli Məclisin üzvü Elmira Axundovanın deputat seçildiyi 71 saylı Masallı Kənd Seçki Dairəsində olub. Dairənin ərazisinə daxil olan bəzi yaşayış məntəqələrinə baş çəkən müxbirimiz deputat Elmira Axundovanın deputatlığa namizəd olduğu zamanda verdiyi vədlərin nə qədər yerinə yetirildiyini onun seçicilərindən soruşub.

Seçicilər keçmiş deputatları Zeynəb Xanlarovanı konsertlərilə xatırlayırlar

71 saylı Masallı Kənd Seçki Dairəsini əhatə edən yaşayış məntəqələri bütün mənalarda ölkədə ən qaynar regionlardan hesab olunur. Sonuncu parlament seşkilərində burada 13 namizəd yarışıb. Qalib isə jurnalist Elmira Axundova olub.

O, da digər həmkarları kimi öz platformasında seçicilərinin sosial problemlərindən tutmuş, Azərbaycanın inkişafına qədər olan məsələlərlə çıxış edib.

Onu da öyrəndik ki, Elmira Axundovadan öncə bu dairədən indiki Baş nazir Artur Rasizadə, Azərbaycanın Macarstandakı səfiri Həsən Həsənov, SSRİ xalq artisti  Zeynəb Xanlarova və Bakıdakı 5 saylı Xəstəxananın şöbə müdiri Vəsadət Əzizov deputat olublar. Artur Rasizadə ilə Zeynəb Xanlarova SSRİ dövründə bu dairəni təmsil ediblər. Masallıda orta və yaşlı nəsilin yaddaşında deputat olaraq yalnız Zeynəb Xanlarova qalıb. Bu da onunla əlaqədardır ki, SSRİ dövründə Zeynəb Xanlarova bir neçı dəfə deputat seçildiyi bölgədə-Masallıda pulsuz konsertlər verib. 71 saylı Masallı Kənd Seçki Dairəsində 30-dan artıq kənd var. Modern.az-ın əməkdaşının olduğu 5-ə yaxın kənddə sakinlər millət vəkili Elmira Axundovaya qədər heç bir deputatın onların görüşünə gəlmədiyini dilə gətirdilər. Araşdırmamız zamanı məlum oldu ki, Elmira Axundova ən azı ayda bir dəfə seşicilərin görüşünə gedir. Ancaq ortaya müəyyən məsələ şıxanda belə görüşlərin sayı iki-üç dəfə artır.

Biz rayonun Ərkivan, Gəyəçöl və Kalinovka kəndlərində olarkən güclü yağış yağırdı. Kəndlərdə palçıq dizə çıxırdı. Milli Məclisdəki Elmira Axundova Masallıdakı Elmira Axundovadan fərqlənmir

 

Elmira Axundova Milli Məclisdə sözünü deyə bilən, seçicilərinin dərdi-sərini dilə gətirən deputatlardandır. Hətta bununla bağlı onun müəyyən çətinliklərlə üzləşdiyinin şahidi olmuşuq. Bunu 71 saylı dairənin seçiciləri dedilər. Bildirdilər ki, deputatlarından razıdırlar.

Adətən deyirlər ki, taksi sürücüləri dünyanın altı və üstünü bilirlər. Bunu nəzərə alsaq, Masallı-Kalinovka kəndi arasında taksi sürücüsü işləyən Mirzamini dinləmək daha maraqlı olar: “Mən sürücü baba olsam da deputatların fəaliyyəti, çıxışları barədə maraqlanıram. Bütün günü maşında olduğumdan radioya qulaq asıram. Dəfələrlə şahidi olmuşam ki, Elmira Axundova seçicilərə verdiyi vədi Milli Məclisdə də səsləndirib. Düzdür, ilk vaxtlar seçicilər arasında Elmira Axundovaya o qədər də razılıq yox idi. Deyirdilər, jurnalistdir, çoxdandır bu bölgəyə gəlib-getmir... Ancaq o, öz işi ilə hər bir seçicisinin rəğbətini qazanıb. İnanmiram ki, Elmira xanımdan kimsə narazılıq edəcək. Deputatımız burada necədirsə, parlamentdə də elə görünür”.

 

Qohumları deputatdan niyə narazıdır?

 

Deputat Elmira Axundovanın qohum-əqrabası Mollaoba kəndində yaşayır. Niyə bunu dilə gətirdiyimizi deyək. Heç kimə sirr deyil ki, Azərbaycanda əksər məmurlar, eləcə də deputatlar özgələrdən çox, öz qohum-əqrabalarına kömək edirlər. Elə bu maraq bizi deputatın kəndinə apardı.

Elmira Axundovanın əmisi oğlu məramımızı bildikdə ürəyi doluymuş kimi danışmağa başladı: “Elmira xanım bizi digər seçicilərədən heç fərqləndirmir. Bəzən bizi məzəmmət edirlər ki, niyə yaxın qohumunuz deputat ola-ola, problemlərinizi həll etmirsiniz. Bir dəfə bu məsələni deputatın diqqətinə çatdırdım. Cavabı nə olsa yaxşıdır, dedi “siz də seşicimsiniz. Mən hamıya eyni münasibət bəsləyirəm. Bunu birdəfəlik bilin ki, tanımadığım bir seçici ilə sizin heç bir fərqiniz yoxdur”. Açığı belə cavab gözləmirdik. Daha biz Elmira xanıma demirik ki, qohumuq, siz deyil, bizə bəs kim kömək edəcək. Bilirik ki, bu, fayda verməyəcək. Qoy, qulağına çatsın, qohumları Elmira Axundovadan razı deyil. Başqa deputatlar da var. Onların ən uzaq qohumları da bizdən qat-qat yaxşı vəziyyətdədirlər. Ancaq bu xanım bizi tanımadıqlarından fərqləndirmir”.

 

Ən ucqar kənddə bankomat quraşdırılacaq

 

2005-ci il parlament seçkiləri zamanı təkcə Ərkivan kəndindən (indi deputatın köməyi ilə Ərkivana qəsəbə statusu verilib-red.) E.Axundovanın 6 rəqibi olub. Ərkivanlılarla söhbət zamanı məlum oldu ki, onlar da Elmira Axundovadan razıdırlar. Qeyd edək ki, Ərkivan əhalisini böyük qismi işləmək üçün ya Bakıya, ya da Rusiyaya gedib. Ərkivanda söhbətləşdiyimiz bəzi seçicilər dedilər ki, seçki zamanı Elmira Axundovaya deyil, öz qohumlarına səs verdiklərinə görə, peşman olublar.   

Şair Gülağa Tənha da Elmira Axundovanın rəqibi olub. Ancaq o, seçki təbliğatı zamanı seçicilərin görüşünə gələrkən döşünə gül taxıb çıxdığına görə insanlar tərəfindən qəbul edilməyib.

Ərkivan qəsəbəsi “Bədirli” məktəbində çalışan Ramiz müəllim  dedi ki, işlədikləri təhsil müəssisəsi 1930-cu ildə inşa edilib. Hələ SSRİ dövründə bu məktəbin təmirinə ehtiyac varmış. Nəhayət indiki deputatın köməyi ilə kənddə yeni məktəbin inşasına başlanılacaq. Müəllimlər buna görə E.Axundovaya səs verdiklərinə peşiman olmadıqlarını dedilər. Ərkivanda sosial problemlərinin həlli ilə bağlı deputatın seçicilərinə yardımçı olduğunu da söylədilər. Qəsəbədə bankomatın quraşdırılması da deputatın köməyi sayəsində mümkün olub. Seçki dairəsinə daxil olan Boradigah kəndində də bankomat qoyulub. Bu da əvvəllər pensiya və müavinətlər üçün rayon mərkəzinə gedib-gələn biradigahlıların ürəyincə olub. Onu da eşitdik ki, rayonu ən ucqar kəndi hesab edilən Tüklədə də deputatın müdaxiləsindən sonra bankomat quraşdırılacaq.

 

Seçicilərin problemləri

 

Maraqlı və bir qədər də qəribə haldır ki, əksək vaxtlarda seçicilər deputatdan icra qurumlarının görməli olduğu işi tələb edirlər. Bunu Milli Məclisin qəbul şöbəsindən də həmişə deyirlər. Belə ki, deputatlara unvanlanan şikayət məktublarının 90 faizi icra strukturlarının səlahiyyətlərində olan məsələyə aiddir. Masallıda da bunun şahidi olduq. Məlum oldu ki, 71 saylı dairədə də bir sıra seçicilər deputat E.Axundovadan yol çəkdirmək, məktəb, xəstəxana, mədəniyyət evini təmir etdirmək, maaş və pensiyaları artırmaq, kommunal xidməti  yaxşılaşdırmaq, ev, pul, dərman pereparatı, hətta toy üçün vəsait istəyiblər. Deputatın köməkçisi Novruz Novruzov bizmlə söhbətdə bildirdi ki, son vaxtlar nədənsə insanlarda ələbaxımlılıq halları artıb.

 

Elmira Axundova üç min seçici qəbul edib

 

Gəyəçöl kəndində narazı seçici axtarmaq istəsək də, E.Axundovanın əleyhinə danışan şəxs tapa bilmədik. Kənd məktəbinin dam örtüyünün bərbad vəziyyətdə olması diqqətimizdən qaçmadı. Bizimlə söhbət edən sakinlər dedilər ki, Elmira Axundova bu məktəbin və kəndin uşaq baxçasının 2010-cu ildə təmir etdiriləcəyinə söz verib. Kəndin yolu da deputatın müdaxiləsindən sonra asfatlanıb. Deputatın köməyi ilə məktəbdə idman zalı yaradılıb və avadanlıqla təmin edilib.

Umumiyyətlə, Elmira Axundovanın təşəbbüsü ilə 71 saylı Masallı Kənd Seçki Dairəsində 5 məktəb tikilib, 5 məktəb təmir edilib. Masallılılar buna görə təkcə deputata deyil, Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlıq edirdilər. Elmira xanımın Prezidentə müraciətindən sonra Masallıdan olam Böyük Vətən Müharibəsi veteranlarına 11 ədəd “Oka” avtomobili verilib, əlillərə isə 25 ədəd əlil arabası paylanılıb. O da deyildi ki, təkcə bu il deputat  3 min seçici qəbul edib, onlardan 2 mininin problemlərini həll edib.

 

Kalinovkalıların sözü var

Söhbət ümumi məsələlərdən gedir. Çünki şəxsi məsələlər qurtaran deyil. Məktəb və uşaq baxçası deputatın köməyi ilə təmir etdirilib. SSRİ vaxtında Kalinovka kəndində daha çox ruslar yaşayıb. İndi də ruslar var, amma azdırlar. SSRİ dağılandan sonra rusların əksəriyyəti Rusiya və Ukraynaya köçüb gediblər. Kəndin əhalisi 5 mini ötüb. 1012 evdən ibarət kənd Qarabag müharibəsində 8 şəhid verib. Məlumatları kənd icra nümayəndəsi Nizami Məmmədov verdi. Kəndin məktəbi təmirdən yenicə çıxıb. Müəllimlər təmir məsələsini deputatın zəhmətinə bağladılar. Düzdür, məktəbin zahiri görünüşü yaxşıdır. Amma sinif otaqlarına daxil olan kimi qışın soyuğunu da hiss etdik.

Bu kənddə də kənd sakinləri qaz və işıq məsələsindən gileyləndilər.

Kalinovka seçicilərinin deputatlarına o qədər sözü var ki, özü də hər şeydən, qonşu davasından tutmuş, uşağının pis oxuduğuna görə sinifdə qalmasına qədər məsələlərdən. Kənd sakinləri dedilər ki, millət vəkili kalinovkalıların yol, su, qaz və sair problemlərinin həllinə söz verib. İndi gözləyirlər ki, bu vədlər yerinə yetiriləcək ya yox.

Beləcə, Masallıya bir günlük səfərimiz zamanı məlum oldu ki, 71 saylı dairədən seçilımiş deputat Elmira Axundova seçicilərinin problemlərinə həssas yanaşır. Bəlkə də burada jurnalistlik böyük rol oynayır. Amma görüləsi işlər də çoxdur.

 

Rayonun icra başçısı deputat barədə

 

Masallının dörd deputatı var: Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Elmira Axundova və Əhəd Abıyev. Görəsən deputatlar rayon rəhbərliyi ilə necə əməkdaşlıq edirlər?

Masallıda olarkən fürsət rayon İcra Hakimiyətinin başçısı Qəzənfər Ağayevlə də görüşdük. İcra başçısı Qəzənfər Ağayev Modern.az-a bildirdi ki, yalnız Elmira Axundova yerli qurumlarla əməkdaşlıq edir. “O, demək olar ki, iki gündən bir hansısa seçicisinin problemi ilə bağlı bizimlə əlaqə saxlayır. Bu əməkdaşlıq bəhrəsini verir. Şəxsən mən onun fəaliyyətindən razıyam”.

 

Masallının ən ucuz oteli

Deputatın təşəbbüsü ilə təmir etdirilən Kalinovka məktəbi

Söküləcək Bədirli məktəbi

Bədrli məktəbinin şəhidləri

Kalinovka mətəbinin şəhidləri

Gəyəçöl məktəbi

Ağsaqqallar pensiyalarının artırılmasını istəyirlər

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mətbuat Şurası Prezidentin iradları ilə bağlı iclas çağırdı - FOTOLAR 18 Oktyabr 2019, 15:55 Türkiyəyə qarşı vuruşan erməni ata və qızı – FOTO 18 Oktyabr 2019, 15:54 "Qalatasaray"dan möhtəşəm addım: “Əbədi yaşa, Azərbaycan!” - FOTO 18 Oktyabr 2019, 15:51 “Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq” - Deputatların GÖZLƏNTİLƏRİ 18 Oktyabr 2019, 15:43 Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 18 Oktyabr 2019, 15:40 Siyavuş Novruzov müstəqillik günü ilə bağlı çıxış etdi 18 Oktyabr 2019, 15:38 Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46