Arxiv
24 Aprel 2019, 17:52 | AKTUAL
Zərərvericilərə qarşı bioloji mübarizədə YENİLİK

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində Abşeron rayonlararası bioloji laboratoriyasında istehsal olunmuş trixoqramma tüfeyli həşaratının istixana şəraitində yetişdirilən pomidor bitkisinə tətbiqinin təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, təqdimatın həyata keçirilməsində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün bitki zərərvericilərinə qarşı bioloji mübarizə üsullarından olan entomofoqların tətbiqinin vacibliyini göstərmək, bu üsulun fermerlər üçün daha sərfəli olduğunu ictimaiyyətə çatdırmaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir.

 

Təqdimat zamanı zərərsiz tüfeyli həşəratlar qrupuna aid olan bu həşəratın ilk dəfə istixana şəraitində yetişdirilən pomidor sahəsinə tətbiqi həyata keçirilib. Belə ki, pomidor güvəsinin və sovkaların yumurtalarının sirayətlənmə dərəcəsi müəyyənləşdirilib, istixana şəraitində trixoqramma tüfeylisinin mübarizə tədbirləri sisteminə əlavə olunması imkanları qiymətləndirilib.

 

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır. Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üc dəfə trixoqramma buraxılması nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.

 

Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun pambıq, qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin miqdarının azalması, məhsulun maya dəyərinin aşagı düşməsi,  keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.

 

Biloji mübarizə üsulundan istifadə etmək istəyən fermerlər trixoqrammadan heç bir vəsait ödəmədən əldə etmək üçün müvafiq rayon Dövlət Aqrar İnkşaf mərkəzlərinə (DAİM), eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03