Arxiv
24 Aprel 2019, 19:06 | AKTUAL
Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.

 

Modern.az xəbər verir ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin edən siyasətində sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsinin xüsusi yer tutduğunu vurğulayıb. Nazir respubikamızda biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.

 

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların geniş miqyas aldığını deyib. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

 

Nazir yeni qurulan “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, eyni zamanda, işəgötürənlərin, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi mexanizminin təkmilləşməsinə şərait yaradır.

 

Nazirliyin “AmCham Azərbaycan”la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın  biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət “Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

 

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

 

Görüş zamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, Palatanın təhsil və əmək məzuniyyətləri, ezamiyyə qaydaları və sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələri müzakirə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03